Fotosessiya
Fotosessiya

Dilan atasının soyadından imtina etmədi

Dilan atasının soyadından imtina etmədi

Xəbər verdiyimiz kimi, İbrahim Tatlısesin müğənni qızı Dilan Çıtak Tatlıses uzun müddətdir sevgili olduğu Levent Dörterlə ailə qurub.

OLAY yazır ki, məşhur müğənninin qızı evləndikdən sonra instaqram hesabındakı soyadını dəyişib. Belə ki, Dilan “Tatlıses”in yerinə “Dörter” soyadını əlavə edib.

Dilanın İbrahim Tatlısesin soyadını almaq üçün illərlə mübarizə aparmasından sonra atasının soyadından imtina etməsi izləyicilər arasında təəccüb doğrurub.

Müzakirələrdən sonra ifaçı instaqramda məlumat paylaşaraq vəsiqədə soyadının hələ də “Tatlıses” olduğunu qeyd edib:

“Səhnə adım hər zaman “Dilan Çıtak”dır. Vəsiqədəki adım isə bundan sonra Dilan Tatlıses Dörterdir. Soyadlarımı rahat buraxın, hamısı mənimdir”.