Fotosessiya
Fotosessiya

Makiyajsız görüntüləndiyi üçün əsəbiləşdi

Makiyajsız görüntüləndiyi üçün əsəbiləşdi

Türk aktrisa Hazal Filiz Küçükköse makiyajsız görüntüləndiyi üçün əsəbiləşib.

OLAY yazır ki, sənətçi “Xahiş edirəm, məni çəkməyin. Çəkilişə gedirəm” deyərək etiraz edib.

Daha sonra aktrisa əli ilə üzünü tutaraq sürətlə oradan uzaqlaşıb.

İzləyicilərin əksəriyyəti isə onun makiyajsız da gözəl olduğunu vurğulayaraq, narahat olması üçün bir əsas olmadığını qeyd edib.