Fotosessiya
Fotosessiya

Pikenin xəyanətlərini çoxdan bilirmiş...

Pikenin xəyanətlərini çoxdan bilirmiş...

Şakira həyatından bəhs edən mahnısının tizerini paylaşıb.  

OLAY yazır ki, o, sözügedən bəstədə Pikenin xəyanətindən çoxdan xəbəri olduğuna eyham vurub. 

“Heç nə demədim, amma ağrıyırdım. Bunun olacağını bilirdim”,- deyə sənətçi yazısında qeyd edib. 

Qeyd edək ki, Şakira bu ilin iyununda İspaniyanın "Barselona" futbol klubunun kapitanı Xerard Pikeni xəyanətlərinə görə tərk edib. 2010-cu ildə idmançı müğənninin Dünya Kubokunun rəsmi mahnısı olan “Waka Waka (This Time for Africa)” üçün çəkilmiş klipində rol alıb və 2011-ci ildə onlar sevgili olduqlarını elan ediblər. İki il sonra onların ilk övladı dünyaya gəlibi, adını Milan qoyublar.

İki ildən sonra cütlüyün  ikinci oğulları Saşa dünyaya gəlib. 

Sentyabr ayında Şakira “Elle USA” jurnalının üz qabığına çəkilib və Cerard Pikedən ayrılması ilə bağlı səmimi müsahibə verib. Müğənni oğulları kimi ayrılmaqda çətinlik çəkdiyini etiraf edib.