Fotosessiya
Fotosessiya

“Honkonqda dünya ilə vidalaşdı”

“Honkonqda dünya ilə vidalaşdı”

 “Soy” prodakşının rəhbəri Oqtay Əliyev dünyasını dəyişən Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə bağlı paylaşım edib.

OLAY yazır ki, O. Əliyev feysbukda sənətçi ilə bağlı fikirlərini qeyd edib:

“Hamı sevirdi onu, yaşına baxmadan pozitiv və həmişə gülərüz... Kədəri yaxın buraxmazdı, bu dəfə uzaq Honkonqdan bizi kədərləndirdi. Əməkdar incəsənət xadimi, bəstəkar, mənim isə “mamaşa” çağırdığım Ruhəngiz xanım qürbətdə bu dünya ilə vidalaşdı. Mahnıları kimi özü də fərqli, enerji ilə bol idi. Yaşını heç yaxına buraxmırdı. “Yeni ulduz” yarışması daha da yaxınlaşdırdı bizi. Yarışma illərdi bitsə də, əvvəlki münasibət, zarafat və bəzən də sərt sözlər aramızda qalmışdı. İndi sadəcə yoxdur və bu qədər... İncəsənətimiz bir az kasıblaşdı, o illərin müsbət aurasını yaşadan sənətkarsız qaldıq. Barışmaq olmur, amma acı gerçəkdir!”.