Fotosessiya
Fotosessiya

Boşanma qalmaqalından sonra ilk fotolar

Boşanma qalmaqalından sonra ilk fotolar

Aktyor Silvestr Stallone və model Cennifer Flavin boşanma qalmaqalından sonra Nyu-Yorkda görüşüb. 

OLAY yazır ki, cütlüyün fotoları Daily Mail-də yer alıb. 76 yaşlı Stallone və 54 yaşlı Flavin Manhettendə gəzərkən paparatsiya obyektivlərinə tuş gəlib.

Bu, cütlüyün “25 illik evliliklərini xilas etdiklərini” elan etməsindən bir həftə sonra baş tutub.

Qeyd edək ki, avqustda mediada Cennifer Flavinin 25 illik rəsmi nikahdan sonra Sylvester Stallone ilə boşanmaq üçün məhkəməyə müraciət etməsi, aktyoru ailə büdcəsini israf etməkdə ittiham etməsi ilə bağlı məlumatlar yayılıb.

Bir ay sonra “Page Six” jurnalistləri cütlüyün fikir ayrılıqlarını aradan qaldırdıqlarını və boşanma prosesinə xitam vermək üçün məhkəməyə müraciət etdiklərini bildirdilər.