Müğənni Elnarə Xəlilova televiziyalardan şikayətlənib.
OLAY yazır ki, bu barədə o, “Səhərin səsi” verilişində danışıb. O, özlərindən sonra gələn nəslin fəaliyyətindən də gileylənib:
“Bizim nəsil üzərinə götürdüyü öhdəliyi yerinə yetirdi. Böyüklərdən estafeti aldıq, daşıya bildik, o səviyyəni götürdük ki, biz də belə oxuyacağıq. Amma yeni nəsil üçün bunu deyə bilmərəm. Bunun səbəbini dəfələrlə demişəm. Qeyd edim ki, hər gün avtomobildə radio dinləyirəm. Baxıram ki, radioda bir dənə belə “ara”, “palatka” mahnısı səslənmir. Yəni radiolar öz simalarını qoruya bildi. Televziya haqqında bu sözü deyə bilmərəm. Televiziyalar yoldan keçənləri götürüb efirə çıxardılar”.