“Yuğ” Dövlət Dram Teatrının aktrisası Ləman Mərrih bir neçə gün öncə dünyasını dəyişən anası ilə bağlı paylaşım edib.
OLAY yazır ki, aktrisa anası ilə birgə çəkilmiş uşaqlıq fotosunu instaqramda paylaşaraq bu sözləri qeyd edib:
“Onun haqqında danışmaq çox çətindir, onun haqqında susmaq isə ağır. Mən bu sətirləri yazanda yerin üstündəyəm, o torpağın altında. Amma üzümü görən, əslində kimin harada olduğunu daha dəqiq bilir. Ya da harada olduğumu bilmirəm, harada olmadığım isə mübahisəli məsələdir. Anam mən yaşda olanda qucağında mən var idim, mən anam qədər yaşayarmıyam bilmirəm... İlk günlər elə bilirdim bu çox ağırdır, indi başa düşürəm ki, bu həm də dözülməzdir.
Dolabda bişirdiyi yemək qalıb, darağında telləri, köynəyinin ütüsü də, cütlədiyi corablarım da yerindədir... Bircə özü yoxdur və var olan hər şey onun yoxluğuna işarə verir. Biz hər şeyi anamızdan öyrənirik, bircə onsuz yaşamağı yoxluğundan. Mənə indi elə çətin elə ağır gəlir ki bütün bunlar. Tək təsəllim, orada daha rahat olduğunu düşünməkdi. Məni dünyaya gətirdiyi gün mənə ölümünü hədiyyə etdi, hər il həmin gün mən də öləcəm, çox sağ ol, ana”.