Aktrisa Ancelina Coli keçmiş əri Bred Pitti məişət zorakılığında ittiham edib.
OLAY yazır ki, bu barədə “Variety” jurnalı məlumat paylaşıb. Nəşrin məlumatına görə, Coli 2016-cı ildə təyyarənin göyərtəsində aktyorlarla uşaqları arasında baş verdiyi deyilən mübahisənin yeni təfərrüatlarını açıqlayan Pittə qarşı iddia qaldırıb.
İddia sənədində deyilir ki, mübahisə zamanı “Pitt uşaqlardan birini boğub, digərinin üzünə yumruq vurub” və “Colinin başından tutub silkələyib”.
“Pitt Colinin başını tutdu və silkələdi, sonra çiyinlərindən tutub yenidən silkələdi və onu vanna otağının divarına itələdi”, - Colinin iddiasında deyilir.