Olay
Olay

Bredin Colini döydüyü görüntülər yayıldı

Bredin Colini döydüyü görüntülər yayıldı

Dünyaca məşhur aktrisa Ancelina Colinin 2016-cı ildə şəxsi təyyarədə keçmiş həyat yoldaşı Bred Pittlə mübahisə nəticəsində aldığı zədələrin görüntüləri ortaya çıxıb.

OLAY yazır ki, sərxoş vəziyyətdə olan Pitt uçuş zamanı təyyarənin tualetində Ancelinanı təhqir edərək, fiziki zorakılıq tətbiq edib.

Bred aktrisanı başından və çiyinlərindən tutaraq divara itələyib. Nəticədə Colinin qolu və dirsəyi yaralanıb.

Səs-küyü eşidən övladı qapıya yaxınlaşaraq anasının yaxşı olub-olmadığını soruşur. Pitt isə cavabında “Yox, anan yaxşı deyil. O, bu ailəni məhv edir, o, dəlidir”, - deyə, cavab verir.

Aktrisa açıqlamasında bildirib ki, övladı Pittin qarşısını almağa çalışanda atası onu da döyüb.

Buna görə aktrisa Bredi məhkəməyə verib və hadisənin araşdırılmasını tələb edib.

Qeyd edək ki, 2005-ci ildən görüşməyə başlayan cütlük 2014-cü ildə ailə qurub. Toydan iki il sonra Coli təyyarədə baş verən hadisədən sonra boşanmaq üçün məhkəməyə müraciət edib.