Tanınmış kaskadyor və aktyor Sain Fərhad Fərmanlı feysbuk paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi film sənayesində çalışan şəxslərə kifayət qədər qonorar verilməməsi məsələsinə toxunub:
“Qarabağa aid 8 seriyalı filmdə işləməyimizi istədilər. Qonorar dedik, istəmədilər. Bunların fikri, 6 manat verib bizi bütün havalarda oynatmaqdır. Nə sutkalıq pul istədik, nə də başqa bir şey. Sadəcə, endirimlə öz haqqımız olan qonorarın yarısını dedik. İndi də gedib yenə başqa ölkədən gətirəcəklər. Onlara pulları çatacaq amma. Bu ölkənin kinosuna xidmət etməyə dəyməz. Çatan istifadə etmək istəyir. Hamı istəyir varlansın, amma sənin haqqını verməsin”.