Rusiya şou-biznesinin ən məşhur cütlüklərindən biri, Əməkdar artistlər Anjelika Varum və Leonid Aqutin ölkəni tərk edib.
OLAY yazır ki, bu barədə “Dni.ru” nəşri məlumat yayıb. Qeyd olunub ki, A.Varum və L.Aqutin Təl-Əvivdədirlər və orada dəbdəbəli otellərdən birində qalıblar.
Getmə səbəblərinin tətil, yoxsa mühacirət olduğu bilinməyir.
Qeyd edək ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Lvovda anadan olan A.Varum instaqramda müharibənin əleyhinə olduğunu bildirib. O, bu nəşrdən sonra, yəni martın 1-də sosial şəbəkədən yoxa çıxıb.