Rusiyanın Əməkdar artisti Leonid Aqutinin Miass şəhərindəki konsertində gözlənilməz hadisə baş verib.
OLAY yazır ki, “ZiS 5V” avtomobilinin buraxılmasının 78-ci ildönümünə həsr olunmuş tədbirdə Aqutin mahnı ifa edərkən səhnəyə fanatı çıxıb.
Pərəstişkarı müğənniyə yaxınlaşaraq onunla şəkil çəkdirmək istəyib.
Bundan sonra Aqutin mahnını yarımçıq kəsərək gənci itələyib. Azarkeş buna heç bir reaksiya verməyib və izdihamın yanına qayıdıb və orada təhlükəsizlik işçisi ona yaxınlaşıb.
“Əhval-ruhiyyəni bir az korladım”,- deyən Əməkdar artist hadisəni qısa şərh edib.