Fotosessiya
Fotosessiya

Ani Lorak səssizliyini pozdu

Ani Lorak səssizliyini pozdu

Ukraynanın Xalq artisti, Rusiyanın estrada ulduzu Ani Lorak 2022-ci ilin yazından bəri ilk dəfə instaqram sosial şəbəkəsində paylaşım edib.

OLAY yazır ki, yeni şəklini izləyiciləri ilə bölüşən sənətçi bunları yazıb:

“Gözlərimi yumub bu sətirləri oxuyan hər kəsi qucaqlayıram. Ürəyim sevgi, ağrı, şəfqət, qorxu, həyəcanla dolub-daşır. Səhnə mənim həyatımdır. Səninlə eyni havanı nəfəs aldığım zaman yaşaya bilərəm. Mahnılarım ruhunuza toxunduqca mən oxuyuram”.

Oktyabrda A.Lorak oktyabrın 21-I böyük səhnəyə qayıdacaq.  Onun Avropa şəhərlərinə konsert turu nəzərdə tutulub. 

Xatırladaq ki, müğənni martın 1-də İnstaqramda Ukraynadakı hərbi əməliyyatlarla bağlı paylaşım edib, sonra sosial şəbəkədən yoxa çıxıb. KİV-in məlumatına görə, hərbi əməliyyatlar başlayandan sonra ifaçı Rusiya Federasiyasını tərk edərək müvəqqəti olaraq BƏƏ-də məskunlaşıb.