Fotosessiya
Fotosessiya

Ukraynaya dəstək oldu, sonra geri çəkildi

Ukraynaya dəstək oldu, sonra geri çəkildi

Rusiyanın Əməkdar artisti Nataşa Koroleva dövlətə xəyanətdə ittiham olunur. 

OLAY yazır ki, buna səbəb sənətçini Moskvada konserti zamanı Ukrayna bayrağını əks etdirən işıqlardan, aksessuarlardan istifadə etməsi və onlara dəstək olmasıdır. 

Həmçinin, sentyabrın sonunda şəbəkədə ifaçının paytaxtdakı gecə klubunda sarı lentli bayraqlar fonunda mavi paltarda çıxış etdiyi görüntülər yayılıb. 

Nataşa ittihamlara cavab verərək siyasi mesajlar vermədiyini bildirib:

“Bunlar hansısa ölkənin bayraqları deyil, bu sadəcə şou üçün bir kətandır. Onlar hətta sarı deyil, yaşılımtıldır”.

Müğənninin sözlərinə görə, o, uzun müddətdir ki, konsertlərində “Sarı lalələr” mahnısının ifası zamanı bu atributdan istifadə edir. Korolevanın fikrincə, insanlar sosial mediada nifrəti gücləndirmək üçün yalan məlumat yayırlar.