Aktyor Kamran Ağabalayev bir neçə gün öncə dünyasını dəyişən Rəhim Rəhimli ilə bağlı paylaşım edib.
OLAY yazır ki, K. Ağabalayev feysbuk hesabında bu fikirləri qeyd edib:
“Bu ölkədə sənətçi, sənətkar olmaq üçün mütləq ölmək lazımdır. O zaman votsap yazışmaların da ortaya çıxacaq, ruh düşkünlüyün də, hər şeyin. O yazışmalarda göndərdiyi foto və videolardan Rəhimin vəziyyətini anlamaq çətin deyil axı?! Bir də təkliyinə sığınan biri niyə sizə xəstə fotolarını göndərsin? Düşünməmisiniz? Çünki yaşamaq istəyirdi! Düşünürdü bəlkə... Onun göndərdikləri, düşündükləri sizin beyninizə olmayıb sadəcə, almamısınız o kiçik beyninizə…”.
Xatırladaq ki, bir çox məşhur simalar Rəhimlinin vəfatından sonra onunla olan votsap söhbətlərini yayımlamışdı.