Hadisenin iş adamı həyat yoldaşı Mehmet Dinçerlerdən ayrılıq açıqlamasından sonra yeni xəbərlər yayılıb.
OLAY yazır ki, “İkinci sayfa”nın yaydığı məlumata görə, cütlüyün ayrılmasına səbəb Mehmetin Hadisenin sənət fəaliyyətinə təsir göstərməsi olub.
Belə ki, o, sənətçiyə psixoloji təsir edib. Bundan başqa, Dinçerler Hadiseyə bağışladığı hədiyyələri və 3 milyonluq üzüyü də geri istəyib.
Bu iddiaların ardınca iş adamı səssiz qalmayıb. O, sosial şəbəkə hesabında bu sözləri qeyd edib:
“Çox özəl və həssas olan bu mövzuda susmağın ən doğrusu olduğunu düşünürdüm. Hazırkı vəziyyətdə yayılan söz-söhbəti görüb sakit qalmağın şəxsimə, ailəmə və çox əmək verdiyim 1 ilimə haqsızlıq olduğunu düşünürəm. Qarşılıqlı dəyər verdiyimi münasibətimiz bitsə də, bir yerdə olduğumuz müddətdə Hadisenin sənət faəliyyətinə ən çox dəstək verən insan idim. Konsertlərini ailəmlə ən ön sıradan qürurla izləyirdik. Onun uğurları və özü ilə fəxr etdiyimə hər kəs şahid olub. Bu gün yayılan şayiələri təəccüblə oxudum. Evliliyimizi sonlandırmaq ortaq qərarımızdır. Tək istəyim bu prosesi hər kəs üçün xeyirli olacaq şəkildə, hörmət çərçivəsində bitirməkdir. Başqa heç bir tələb və istəyim olmayıb. Öz dünyama qayıtmaq adına hər kəsdən mənə və ailəmə sayğı göstərilməyini istəyirəm. Sevgilər”.
Qeyd edək ki, Hadise isə anlaşaraq boşana bilmədikləri üçün, məhkəməyə müraciət etdiyini açıqlayıb.