ABŞ müğənnisi R. Kelli uşaqlara qarşı cinsi istismara görə mühakimə olunduğu məhkəmədə təqsirli bilinib.
OLAY yazır ki, Kelli ona qarşı irəli sürülən 13 ittihamdan 6-sı üzrə məhkum edilib.
Eyni zamanda o, 2008-ci ildə analoji ittihamlarla açılan işdə rüşvət və şahidləri hədələmək ittihamlarından bəraət alıb.
Qeyd edək ki, Kelli keçən il Nyu Yorkda keçirilən başqa bir məhkəmə prosesində seks alveri və reketçilik ittihamı ilə 30 il həbs cəzasına məhkum edilmişdi. Kellinin mövcud həbs cəzasını artacağı gözlənilir.