Fotosessiya
Fotosessiya

“Vallah belə yaşayış olmaz”

“Vallah belə yaşayış olmaz”

“Mənim siyasətdən başım çıxmır. Əminəm ki, özünü bu mövzuda mütəxəssis hesab edənlərin də biliyi olduqca kasaddır. Ölkənin, xalqın uzun perspektivdə daha yaxşı yaşaması üçün bu gün hansı addımların zəruriliyini ümid edirəm ki, qərar sahibləri daha yaxşı bilir”.

OLAY yazır ki, bu sözləri instaqramda Amerikada yaşayan azərbaycanlı reper Orxan Zeynallı (AİD) paylaşıb. 

O, ölkəmzidə baş verən hadisələrə münasibət bildirib:

“Ortadakı mənzərə acınacaqlıdır. Bərbaddır. Bələkdən bizi “döyüş”, “müharibə”, “vətən” anlayışları ilə yetişdiriblər deyə ən humanist, ən antimilitarist olanlarımız belə 44 günlük savaşda qatı vətənpərvərə çevrildi. Daha bəsdir. Vallah belə yaşayış olmaz. Şəhid dəfnlərində anaların göz yaşını “zoom” edib xəbər hazırlayanlar, fona musiqi seçənlər, damar üzərində uğur dalıyca qaçanlara insaf diləyirəm. Evdə oturub döyüşlərə “counter-strike” gözü ilə baxıb, “bizdə 50-dir “zato” onlarda 200-dür” deyib riyaziyyat müharibəsi aparanların ağzı isti yerdədir.

Mənə qismət olub, bir az Amerikada yaşamışam. Burada 11-12 saat yeni “apple store” qabağında növbə gözləyənlərə baxıb “Allah başqa dərd verməsin” demişəm. Qoy bizim uşaqlar da gedib axmaq- axmaq şeylər üçün növbə tutsun, endirimdə bir -birinin başına çıxsın, amma yaşasın. Dərdi elə bu olsun. Azərbaycan xalqının sülh içində yaşamasını istəyirəm. Ölmək hər birimizin qismətində var. Təki yaşamaq da hamıya nəsib olsun. Allah şəhidlərimizə rəhmət eləsin”.