Şəxsi həyatı ilə tez-tez gündəm olan türk futbolçu Arda Turan karyerasını başa vurduğunu açıqlayıb.
OLAY yazır ki, Arda həyat yoldaşı Aslıhan Doğan Turanın yutub kanalında yayımladığı video ilə futbolu tərk etdiyi bəyan edib.
“İndi göz yaşları içində, lakin cəsarətlə futbol ayaqqabılarını kənara qoymaq vaxtıdır. Bütün bu zaman ərzində əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Və məncə, pis də alınmadı. Yenə də buna hazıram. Futbolun içində, futbol meydançasından kənarda yenidən görüşənə qədər...”, - deyə, A. Turan videoda qeyd edib.
Xatırladaq ki, 35 yaşlı futbolçu “Qalatasarayda” çıxış edirdi.