Bu gün Əməkdar artist Gülzar Qurbanovanın qızı Fidanın 29 yaşı tamam olub.
OLAY yazır ki, buu barədə aktrisa sosial şəbəkə hesabında paylaşım edib.
Qızı ilə birgə fotolarını izləyicilərlə bölüşən Qurbanova onunla bağlı arzularını vurğulayıb:
“Tanrının məni mükafatlandırdığı gün, 29 il əvvəl dunyaya gözəl şahzadə bir qız gəldi...Fidan... O gözəl şahzadə ilə yenidən doğuldum, böyüdüm, sevməyi öyrəndim. Varlığıyla hər gün bir az da ruhum yenidən işığı gördü. Hər gün üzümdəki nur bir az da artdı.
Ən gözəl təbəssümlü, gülüşündən sevgi qoxusu gələn qızım, yaşadığım müddətcə səni həmişə sevəcəyəm, qoruyacağam və xoşbəxtliyin üçün əlimdən gələni edəcəyəm.
Sağlam, xoşbəxt və yaxşı insan ol, hər yaşın gözəlliklərindən zövq al, heç nəyə də tələsmə... Günəşin xeyir-duası ilə, arzuların, sevgin, ümidin bahar küləkləri ilə əssin.
Timsalında bütün fidanlara, tumurcuqlara, şahzadələrə, qız övladlarına ürəklərinin qırılmadığı, canlarının incidilmədiyi, hüquqlarının tapdalanmadığı bir dünya, həyat arzulayıram.
Dayandığn ən möhkəm sütun anan…”.