Fotosessiya
Fotosessiya

Bacılar Dikaprionu bəyənmir!

Bacılar  Dikaprionu bəyənmir!

Bir neçə gündür sevgi həyatı ilə müzakirə olunan məşhur aktyor Leonardo Dikaprio yenidən gündəmə gəlib.

OLAY yazır ki, 25 yaşı tamam olan sevgililərindən ayrıldığı deyilən ulduzun populyar model Cici Hadidlə adı hallanıb. Belə ki, Dikaprionun 27 yaşlı modeli bəyəndiyi və onunla sevgili olmaq istədiyi iddia olunub.

Məlumata görə, Cici 47 yaşı tamam olan aktyoru qoca kimi gördüyü üçün bu münasibətə müsbət baxmayıb.

Qeyd edək ki, L. Dikaprio daha əvvəl Ciginin bacısı Bella Hadidə gül və hədiyyə göndərmiş, ondan da müsbət cavab almamışdı.

Onu da xatırladaq ki, Cici uzun müddət müğənni Zeyn Maliklə eşq yaşayıb. Onların bir qız övladı var.