Fotosessiya
Fotosessiya

Gülşenin daha bir tələbi rədd edildi

Gülşenin daha bir tələbi rədd edildi

Gülşenin haqqında danışmalarına qadağa qoyduğu “Söylemezsem olmaz” proqramının aparıcıları Seren Serengil, Bircan Bali və Arto ilə bağlı qərar verilib.

OLAY yazır ki, sənətçinin tələbi rədd edilib. Bu barədə Seren instaqramda məlumat yayıb.

O, bildirib ki, vəkili vasitəsilə məhkəməyə müraciət edib və pop ulduzun tələbəni geri çevirib:

“Bütün Türkiyənin haqqında danışdığı bu prosesdə Gülşen nədənsə bizi susdurmaq istəyirdi. Biz onu nə təhqir etmişik, nə böhtan atmışıq, nə də yalan danışmışıq. Sadəcə bu prosesi övlaıdnın yanında keçirməsini istəmişik. İstədiyimizi şərh etmək hüququmuz var. Haqqında dnaışdığımız təqdirdə həbsxanaya getməyimizi tələb edirdi. Bu qanunsuz, ədalətsiz tələbə etiraz etdik və qərar ləğv edildi. Biz həbs olunmağa layiq heç nə etməmişik”.  

Qeyd edək ki, sənətçi ötən günlərdə İmam Hatib liseyi ilə bağlı zarafatına görə həbs olunmuş, daha sonra ev dustaqlığına buraxılmışdı. O, bu qərarın ləğvi üçün məhkəməyə müraciət etsə də, tələbi rədd edilmişdi.