Fotosessiya
Fotosessiya

Xalq artistinin qızı Şuşada

Xalq artistinin qızı Şuşada

Xalq artisti Mələkxanım Eyubovanın influenser qızı Nəzrin Nəcəfova da Şuşaya gedib. 

OLAY yazır ki, o, bununla bağlı instaqramda paylaşım edib. 

Şuşadan fotolarını izləyiciləri ilə bölüşən Nəzrin bu sözləri yazıb:

“Uşaqlığımdan bəri hər zaman Şuşanın gözəlliyini, mədəniyyətini, havasını, əzəmətini eşitmişəm. Lakin nə vaxtsa buraya gəlib, bu torpaqları görəcəyim, havasını udacağıma inana bilməzdim. Çox şükür bu günümüzə. Allah bütün şəhidlərimizə rəhmət etsin! Biz onlar sayəsində bu gün buradayıq. Ruhları daim şad olsun”. 

Qeyd edək ki, Şuşada M. Eyubova haqqında film çəkilir.