Xalq artisti Mələkxanım Əyyubova haqqında film çəkilir.
OLAY yazır ki, bu barədə xanəndə sosial şəbəkə hesabında bildirib.
M. Eyyubova paylaşımında bunları qeyd edib:
“1992-ci ilin yanvar ayında Şuşada konsert proqramı ilə çıxış etdim. Və heç zaman düşünməzdim ki, bu konsertdən sonra Şuşaya 30 il həsrət qalacam. Lakin yuxuma belə gəlməzdi ki, 30 il sonra haqqımda film çəkiləcək və onun ilk görüntüləri Şuşadan başlayacaq. Şükür bu günümüzə, Allah şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!”.