Fotosessiya
Fotosessiya

Doğum günündə sənət yoldaşını belə yad etdi

Doğum günündə sənət yoldaşını belə yad etdi

Bu gün mərhum Xalq artisti Yaşar Nurinin doğum günüdür.

OLAY yazır ki, ölməz sənətkar yaşasaydı, 71 yaşı tamam olacaqdı.

Xalq artisti Firəngiz Mütəllimova sənət yoldaşı ilə bağlı paylaşım edib.

Mütəllimova Y. Nuri ilə birlikdə olan arxiv fotolarını və aktyorun məzarı önündən görüntüləri instaqramda izləyiciləri ilə bölüşüb.

“Bu gün sənin doğum günündür. Həmişə yaşar Yaşar. Allah sənə rəhmət eləsin, sənətkar. Allah ailəni qorusun”, - deyə, aktrisa paylaşımında vurğulayıb.

Qeyd edək ki, Yaşar Nuri 2012-ci ildə 61 yaşı olarkən dünyasını dəyişib.