Dünyaca məşhur amerikan aktrisa Natali Portman “Lady in the Lake” serialının çəkilişi zamanı bir qrup şəxsin hücumuna məruz qalıb.
OLAY yazır ki, hadisə ABŞ-ın Baltimor şəhərində baş verib. Belə ki silahlılar məkana daxil olaraq heyəti hədələyib, onlardan 50 min dollar tələb ediblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Qeyd edək ki, rejissoru Alma Harel olan serial 60-cı illərdə Baltimorda müəmmalı qətli açmağa çalışan Laura Lippmanın hekayəsindən bəhs edir.