Olay
Olay

Türk reperə silahlı hücum!

Türk reperə silahlı hücum!

Türkiyənin gənc reperi Çakal (Emirhan Çakal) naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb.

Sənətçi bildirib ki, hadisə ötən gün Didim konsertindən sonra baş tutub:

“Həmişəki kimi səhnədən sonra otelə gedirdik. Üzləri maskalı şəxslərin hücumuna məruz qaldıq. Biz maşından düşəndə havaya atəş açdılar, sonra avtomobilə daxil olmağa çalışdılar. Biz həmin şəxslərin hücumunun qarşısını aldıq. Hadisə ilə bağlı polisə məlumat verdik. Lakin heç kimdən şikayətçi olmamışıq. Çünki onların kim olduqlarını bilmirik. Sadəcə bilin ki, mən və dostlarım yaxşıyıq”.