Müğənni Vüqar Muradov mərhum anası Südabə Muradova barədə paylaşım edib.
OLAY yazr ki, Qaxda anasının məzarını ziyarət edn ifaçı onunla bağlı xatirələrini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb:
“Analarınızı çox sevin, amma onlara bağlanmayın. Onlara qarşı bir az soyuqqanlı olun. Anaya bağlanmaq çox pis və ağırdır. 17 ildir o əziyyəti yaşayıram. Nə qədər bağırsam da, qışqırsam da səsimə səs vermir “Son beşiyim, evim eşiyim” deyənim idi, anam. Onun kimi mənə sarılan, qucaqlayan, oxşayan yox idi, olmayacaq da. 17 il öncə bu günü anam mənim qolumu, qanadımı sındırdı, məni özüylə birlikdə apardı, yaşayan ölü etdi məni, məzarının üstündə 1 saat bağırdım, qışqırdım səsimə səs vermədi. Anam nəfəsim idi. 17 ildir nəfəs ala bilmirəm”.