Bir müddətdir qalmaqallı açıqlamaları ilə diqqət çəkən Hande Yener növbəti dəfə müzakirə yaradıb.
OLAY yazır ki, o, iddialı açıqlaması ilə həmkarlarını hədəf alıb. Hande “Bir nömrə mənəm. Mənə yalnız paltarları ilə rəqib ola bilərlər. O da 3 gün”, - deyə bildirib.
Bu sözlərə digər xanım ulduzların hansı reaksiya verəcəyi isə maraq yaradıb. Bundan sonra Yenerin bir vaxt küsülü olduğu Demet Akalın xəbərə münasibət bildirib.
O, “Siyahıdan məni çıxar. Kraliça nə deyirsə, odur” şərhini yazaraq Handeyə dəstək verib.