Əməkdar artist Fərqanə Qasımova keçmiş həyat yoldaşı Elnur Mövlamovla bağlı sualı cavablandırmaq istəməyib.
OLAY məhkum E. Mövlamovun Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verməsi haqda xanəndə ilə əlaqə saxlayıb.
Lakin sənətçi bu barədə danışmaq istəmədiyini bildirib. “Mənə onunla bağlı sual verməyin”, - deyə, Qasımova vurğulayıb.
Qeyd edək ki, bu gün Xalq artisti Alim Qasımovun evindən oğurluq edən kürəkəni E. Mövlamov 8 illik həbs qərarının, daha yüngül cəza ilə əvəz olunması üçün Ali Məhkəməyə müraciət edib. Bununla bağlı xəbəri APA yayıb.