Fotosessiya
Fotosessiya

“Bədənimə süni bir şey yapışdırmamışam”

“Bədənimə süni bir şey yapışdırmamışam”

Aktrisa Ülviyyə Xəlilbəyli estetik əməliyyat etdirdiyi üçün onu tənqid edənlərə cavab verib.

OLAY yazır ki, sənətçi bu barədə instaqram hesabında paylaşım edib.

“Mənfi rəyləriniz belə mənə motivasiya verir. Əməliyat etdirməyim sizə necə də təsir edib. Bədənimə süni bir şey yapışdırmamışam. Özümdə olana əl gəzdirmişəm. Biraz “relax”. Necə ki, saçımızı kəsib forma veririk, rəngləyib haldan-hala salırıq. Nə qədər çox sevirmişsiniz məni... Bu necə yana-yana şərh etməkdir?”,-deyə, Ülviyyə bildirib.

Qeyd edək ki, ötən həftələrdə Xəlilbəyli məşhur model Bella Hadid kimi gözlərinin olmağı üçün bıçaq altına yatmışdı.