“Survivor 2022” yarışmasının iştirakçılarından olan Batuhan Karacakaya Acun Ilıcalını məhkəməyə verməsi barədə olan iddiaları yalanlayıb.
OLAY yazır ki, o, bu barədə instaqram hesabında paylaşım edib.
Batuhan Ilıcalı ilə fotosunu bölüşərək “Məhkəmə xəbərlərini bu şəkildə oxuyuruq” sözlərini qeyd edib.
Eyni zamanda Karacakaya tvitter hesabında post paylaşıb. O “Məhkəmə heç vaxt olmadı, olmayacaq da. Biz o məsələni çox şey qazanaraq bağladıq. Danışıb həll edə bilməyəcəyimiz heç nə yoxdur”,- deyə, bildirib.
Qeyd edək ki, ötən həftələrdə B. Karacakayanın müsabiqədən qazandığı 3 milyon lirəlik maşının təhvil verilməməsi səbəbi ilə Acunla məhkəməlik olduğu deyilirdi.