Məşhur türk komediya aktyoru Cem Yılmaz və keçmiş həyat yoldaşı Ahu Yağtu arasında gərginlik yaşanıb.
OLAY yazır ki, A. Yağtu sənətçini bir daha məhkəməyə verib.
Belə ki, Yılmazın oğlu üçün ona ödədiyi məbləğ 10 min dollar idi. Lakin aktyor bir müddət əvvəl məhkəməyə müraciət edərək alimentin 3900 dollara enməsinə nail olub. Yağtu isə qərardan məmnun qalmayaraq məhkəməyə yenidən müraciət edərək Cemi şikayət edib.