Tanınmış türk müğənni Tarkan ətraf mühitin çirkləndirilməsinə reaksiya verib.
OLAY yazır ki, sənətçi instaqram hesabında bu barədə fikirlərini bölüşüb. O, bildirib ki, təbiətə qarşı bu cür laqeyd olmaq yolverilməzdir:
“Vəziyyət budur. Zibili hər yerə atan insanlara görə dənizlər palçıq və tullantılar içindədir. “Təmizlik imandan gəlir” kimi böyük sözlər deyirsiniz, ama əməl etmirsiz. Heç kəs də demir ki, gəlin, təbiətə sahib çıxaq, təmizləyək. İşin ən qəribə tərəfi də odur ki, buna öyrəşmişik artıq”.