Fotosessiya
Fotosessiya

Xəyyam açıq havada sevənləri üçün oxudu

Xəyyam açıq havada sevənləri üçün oxudu

Əməkdar artist Xəyyam Nisanov Heydər Əliyev Mərkəzinin parkında konsert verib. 

OLAY yazır ki, “10 il sizinlə” şüarı ilə reallaşan xalq konsertində sənətçi heyranları üçün sevilən mahnılarını canlı olaraq səsləndirib. 

İfaçı məmnunluğunu bildirərək, bu tərz konsertlərin davamlı olmasını istədiyini qeyd edib:

“Uzun zamandır konsert ab-havası üçün çox darıxmışdım. Gecəmiz mükəmməl keçdi, razı qaldım. Pərəstişkarlarımın mənimlə bir ağızdan oxuması sadəcə zövq verirdi. Arzulayıram ki, silsilə konsertlər davam etsin. Məni izləməyə gələn bütün sevənlərimə yüksək enerji, sevgilərinə görə təşəkkür borcluyam. Ən əsası belə gözəl konserti təşkil etdiklərinə görə Heydər Əliyev mərkəzinin rəhbərliyi və bütün heyətə minnətdaram”.