İngiltərə şahzadəsi Harri və xanımı Meqan Markl haqqında yeni iddialar irəli sürülüb.
OLAY yazır ki, kraliyyət yazarlarından biri olan Tom Bour Marklın şahzadə ilə populyarlıq üçün evləndiyini bildirib:
“Monarxiyanı Hollivud həyatı ilə bir tutdu. O, ən prioritet insanın özü olmağını istəyirdi. Ancaq, monarxiyada sən bunu bacara bilməzdin. Tanınmaq üçün ondan istifadə etdin”.
Son günlərdir İngiltərə gündəmindən düşməyən cütlük haqqında olan ittihamlar izləyiciləri iki tərəfə ayırıb. Belə ki, bəzi kütlə onların sevgisini, evliliyini, Meqanın şahzadə Harrini təmənnasız sevməsini dəstəkləsə də, bəziləri onun sırf daha çox tanınmaq üçün bu evliliyi gerçəkləşdirdiyini düşünür.