Ember Hörd keçmiş əri Conni Deppə ödəməli olduğu 10 milyon dollar təzminatdan şikayət etmək üçün məhkəməyə yenidən müraciət edib.
OLAY yazır ki, vəkilləri vasitəsilə apelyasiya məhkəməsinə göndərdiyi yazılı bildirişdə Hörd əvvəlki qərarın ləğvi üçün rəsmi müraciət etmək istədiyini bildirib.
Yazılı açıqlamada “Məhkəmənin ədalətli və doğru bir qərara mane olan səhvlərə yol verdiyinə inanırıq. Ədaləti təmin etmək üçün atmamız lazım olan addımların olduğunu düşünürük və bu səbəbdən qərara etiraz edirik”, deyə qeyd edib.