İyunun 2-də başa çatan məhkəmənin qərarından narazı olan dünyaca məşhur aktrisa Ember Hörd növbəti dəfə məhkəməyə müraciət edib.
OLAY yazır ki, keçmiş həyat yoldaşı Coni Deppə uduzan Ember qərarın geri çəkilməsi üçün məhkəməyə sorğu göndərib.
Qeyd edək ki, Ember Hörd məhkəmənin qərarı ilə Coni Deppə 15 milyon dollar təzminat ödəməli idi.