Məşhur türk müğənni və aktyor Kutsinin həyat yoldaşı Sibel Ülkerin sosial şəbəkədəki paylaşımı müzakirə yaradıb.
OLAY yazır ki, Ülker özünün və övladlarının psixoloji şiddətə məruz qaldığını dilə gətirib:
“Bir ildən çoxdur, uşaqlarımla bərabər gördüyüm psixoloji şiddət və manipulyasiyaları vaxtı gələndə bir-bir açıqlayacam. İndi onu deyə bilərəm ki, bəzi insanlar əsl həyatda daha yaxşı aktyordur! O maskalarının altında bilmədiyimiz üzləri var...”.