Fotosessiya
Fotosessiya

Acundan Şeyma ilə dava iddiasına cavab

Acundan Şeyma ilə dava iddiasına cavab

Bir müddət əvvəl Şeyma Subaşı və TV8 kanalının rəhbəri Acun Ilıcalının hər kəsin içində mübahisə etdiyi iddia edilib.

OLAY yazır ki, Ilıcalı müsahibələrinin birində iddiaları yalanlayıb.

O bildirib ki, Şeyma ilə heç bir problemi yoxdur:

“Səs yazısı, görüntü, heç nə yoxdur. Sadəcə bir foto və ondan çıxan hekayə var. Belə hekayələr əlbəttə normaldır. Populyarlıq belə söhbətləri də özü ilə gətirir. Mən dalaşmağı sevən insan deyiləm. Onunla dava etmirdik. Şeyma mənə orada həyəcanlı bir şey danışırdı. Xoş bir şəkildə söhbət edirdik. Yalnız 5 dəqiqə görüşdük. Onunla heç bir problemim yoxdur, övladımın anasıdır. Hər zaman xoşbəxt olmasını istəyərdim”.