Fotosessiya
Fotosessiya

Qaqanın itlərini öldürən şəxs təsadüfən həbsxanadan çıxdı

Qaqanın itlərini öldürən şəxs təsadüfən həbsxanadan çıxdı

Los-Anceles Polis Departamentinin yaydığı elan Amerika gündəmini zəbt edib. Belə ki, departament Ceyms Hovard Ceksonun harada olduğu barədə məlumat verənə beş min dollar mükafat vəd edir. 

OLAY yazır ki, sözügedən şəxs ötən il pop ulduz Ledi Qaqanın köməkçisi Rayan Fişer tərəfindən gəzdirilən üç fransız bulldoqunu oğurlamağa çalışan insandır.  

Vaxtilə o, itlərdən biri qaçıb, digər ikisi güllə ilə öldürülüb. Qaqanın köməkçisi isə yaralanıb. Polis tərəfindən saxlanılan 19 yaşlı Ceymsin “kargüzarlıq səhvinə görə” azadlığa buraxıldığını etiraf edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları səhvini çox gec başa düşüb, lakin sözügedən şəxsi tapmaqda çətinlik çəkib və xalqdan kömək istəyib.