Bir neçə gün əvvəl koronavirusa yoluxduğunu açıqlayan türk aktrisa Demet Özdemir sağalıb.
OLAY yazır ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Qeyd edək ki, Özdemir müğənni nişanlısı Oğuzhan Koç ilə getdiyi Çeşme istirahətindən döndükdən sonra virusa yoluxmuşdu. Cütlüyün toyu 28 avqustda olacaq.