Dünyaca məşhur kanadalı repçi Dreyk İsveçdə saxlanılıb.
OLAY yazır ki, buna səbəb sənətçinin Stokholm şəhərindəki gecə klublarının birində marixuana çəkməsi olub.
Sənətçi bir neçə saat polis şöbəsində saxlanılıb. Hadisə barədə ictimaiyyətə geniş məlumat verilməyib, Dreykin mətbuat xidməti mövzu barədə açıqlama yaymayıb.