Fotosessiya
Fotosessiya

Hande Ataizi ölümdən döndü

Hande Ataizi ölümdən döndü

Məşhur türk aktrisa Hande Ataizi, oğlu və sevgilisi Dinç Aydoğdu ölümdən dönüb.

OLAY yazır ki, Ataizi sevgilisi və oğlu ilə evə qayıdarkən maşınları qəzaya uğrayıb. Belə ki, maşın yanmağa başlayıb, digər maşınların siqnal verməsi ilə cütlük vəziyyəti anlayıb. Onlar, son anda qurtulmağı bacarıb.

Bir müddət özünə gələ bilməyən aktrisa “Çox böyük bir qəza idi. Ətrafdakı insanların siqnalları, “maşın yanır, təcili düşün” deməkləri bizi xilas etdi. Əgər bir dəqiqə gec bilsəydik, maşın qapıları kilidlənəcəkdi. Qurtuluşumuz isə mümkünsüz olacaqdı. Son anda qurtulduq” sözlərini deyib.