Tez-tez görünüşündə dəyişiklik edən müğənni Hiss (Röya Məmmədova) yeni stilindən də sıxılıb.
OLAY yazır ki, bununla bağlı sənətçi instaqramın hekayə bölməsində paylaşdığı videoda danışıb.
“İndi saçlarım uzanıb. O vaxt həvəsə gəlmişdim. Amma indi sıxıldım. Əsas odur ki, “qurdumu öldürmüşəm”, - deyə, ifaçı bildirib.
Qeyd edək ki, Hiss saçlarını qısaldaraq, çəhrayı rəngə boyatmışdı.