İnfluenser Aysel Şükürlə keçmiş həyat yoldaşı Oqtay Əhmədovun arasında məhkəmə prosesi yenidən uzanıb.
OLAY yazır ki, buna səbəb Oqtayın aliment borcunu ödəməməsi və Aysellə bağlı sosial şəbəkələrdə qeyri-etik ifadələr səsləndirməsi olub. Onların bu gün məhkəmə iclası planlaşdırılsa da, Oqtay gəlmədiyi üçün təxirə düşüb.
Bununla bağlı Aysel vəkili ilə birgə açıqlama verib. Bildiriblər ki, Oqtay bir həftə sonrakı məhkəməyə də gəlməsə, məcburi gətirilmə ilə bağlı şikayət verəcəklər:
“Bizdə apellyasiya məhkəməsi oldu. Onun sosial şəbəkələrdəki canlı yayımlarda haqqımda səsləndirdiyi fikirlər var idi. Çox iyrənc ifadələr idi. Lakin məhkəmə zalında bunları inkar edib. Halbuki mən hər birini sosial mediada paylaşmışam. Qarşı tərəfin sözlərinə görə, başqası haqqında danışıb, Aysel Şükürova ilə bağlı deməyib. Mənim nə qədər şahidim var. Amma o, təkzib etdiyi üçün proses uzanır. Haradasa 15-20 minlik aliment məhkəməsi var. İş İstintaq idarəsindədir, məhkəmədə qalib gəldim. Boynunun borcudur ki, uşaqların alimentini ödəsin. Sadəcə bütün bu proseslərə səbəb mənim aliment tələb etməyim olub. Ondan sonra canlı yayımda deyib ki, anası filandır və sairə. Amma dediklərini danır, biz də bunu sübut etməyə çalışırıq”.