Gülben Ergen haqqında təhqiramiz ifadələr səsləndirən müğənnilər Nihat Doğan və Yeşim Salkım haqda hökm oxunub.
OLAY yazır ki, məhkəmə Nihatın 5 ay 25 günlüyünə azadlıqdan məhrum edilməsinə qərar verib.
Yeşimə isə 290 günlük pul cəzası verilib.
Qeyd edək ki, onlar 2017-ci ildə efirdə Gülben haqqında qalmaqallı açıqlamalar vermişdilər. İfaçı bunun özünə qarşı həqarət olduğunu söyləmiş, Nihatla Yeşimi şikayət etmişdi.