Fotosessiya
Fotosessiya

İordaniya şahzadəsi 100 min təklif etdi

İordaniya şahzadəsi 100 min təklif etdi

İordaniya şahzadəsi Hüseyn ibn Abdullahdan Türkiyənin məşhur müğənnisi Atiyeyə təklif gəlib.

OLAY yazır ki, ibn Abdullah 28-ci ad günündə ərəb dilində mahnı oxuması və nağara çalması müqabilində sənətçiyə 100 min dollar verəcəyini bildirib. 

“Hələ qərar verməmişəm, amma təklif məni təəccübləndirdi. Düşünürəm ki, bu təklif hataylı olduğum, darbuka çaldığım, ərəb mahnılarını bildiyim və oxuduğum üçün gəldi. Qərarımı 1-2 günə bildirəcəm. Çox cəlbedici və əla təklifdir”,- deyə Atiye KİV-ə açıqlamasında bildirib.