Türk kinosunun iki əfsanə siması Kadir İnanır və Türkan Şoray illər sonra bir araya gəlib.
OLAY yazır ki, onlar bir açılışda iştirak ediblər.
İki ustad aktyorun görüntüləri mediada və sosial şəbəkələrdə yayılıb. Onları uzun müddət sonra birgə görən istifadəçilər bu görüntüləri maraqla qarşılayıb.
Qeyd edək ki, İnanır və Şoray bir çox layihədə birgə çalışıb. Onların ən məşhur filmi isə “Selvi boylum, Al Yazmalım”dır.