“Bir günə daha başlaya bilmək çox mühümdür. Çünki həyat inadla sənə yeni bir şans verir ki, nəyisə dəyişə və ya düzəldə biləsən. Bunun üçün cəsur olmağı öyrənmək lazımdır”.
OLAY yazır ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva sosial media hesabında yazıb.
Sənətçi paylaşımına bu sözləri də əlavə edib:
“Həyata güvənmək lazımdır ki, o da sənə kömək olsun. Əks halda içində qaldığın şey hər nədirsə, hansı ki, səni incidir, heç vaxt o şeydən xilas ola bilməyəcəksən. Yaxşıdan zövq almaq, pisdən isə uzaq durmaq lazımdır. Həyat onu yaşamaq üçün bizə verilib. Qaydaları dəyişənlərə baş əymə”.